Beş ayda 8 milyon dollara yaxın süd idxal edilib – Hesabat

17:23 - 23.06.2020


23 iyun, Fineko/abc.az. 2020-ci ilin beş ayında ölkəyə 4,4 min ton süd idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə idxal edilən südün dəyəri 7,8 milyon ABŞ dolları olub.

Qeyd edək ki, ötən ilin yanvar-may aylarında 4,6 milyon dollarlıq 3,2 min ton süd idxal edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər