Azərbaycana bu qədər ət idxal edilib – 5 ayın nəticəsi

17:30 - 23.06.2020


23 iyun, Fineko/abc.az. 2020-ci ilin 5 ayında (yanvar-may) Azərbaycana gətirilmiş ətin həcmi məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə stinadən xəbər verir ki, bəhs olunan dövrdə ölkəyə 22,5 min ton ət idxal edilib.

Bu dövrdə idxal edilən ətin dəyəri 40,4 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 29,3 milyon dollarlıq 20,3 min tonadək ət idxal edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər