İşçiləri azalan və artan sahələr – Siyahı

10:22 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Bu il yanvarın 1-dən mayın 1-dək olan dövrdə Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı 30,7 min nəfər artıb.

ABC.AZ-ın məlumatına görə, artımın 18,6 min nəfəri özəl sektorda, 12,1 min nəfər isə dövlət sektorunda qeydə alınıb.

Dövlət sektorunda iqtisadi fəaliyyətin 19 sahəsinin 10-da işçilərin azalması, 7-də artması müşahidə edilir, 2 sahədə işçi sayı dəyişməyib.

Dövlət sektorunda işçi sayının ən çox azalması mədənçıxarma sənayesi (1,5%), səhiyyə (1,2%), kənd təsərrüfatı (2,6%) və enerji istehsalı (3,7%) və su təchizatı (3,3%) və digər sahələrdə (5%) baş verib.  İnzibvati və yardımçı xidmətlərdə işçi sayı 31%, turizm (11,1%), maliyyə və sığorta fəaliyyəti sahələrində isə (5,8%) işçilər artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər