Bu sahələrdə işçi sayı artıb - Siyahı

10:28 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu il yanvarın 1-dən mayın 1-dək olan dövrdə Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı 30,7 min nəfər artıb.

ABC.AZ xəbər verir ki, özəl sektorda işçi sayının ən çox artdığı sahələr kənd təsərrüfatı (13%), tikinti (13,3%), nəqliyyat və anbar təsmərrüfatıdır (4,3%).

Özəl sektorda işçilərin sayı artsa da azalan sahələr də var.

Məsələn təhsil sahəsində çalışanların sayı 15,3%, turizmdə 7,5%, mədənçıxarma sənayesində 4,6%, istərahət və əyləncədə isə 4,5% azalma baş verib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər