Maliyyəçi və sığortaçıların maaşı 2000 manatı keçib – Hesabat

11:18 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycanda maliyyə və sığorta sektorunda çalışanların əmək haqlarının miqdarı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, yanvarın 1-ə olan məlumata görə, dövlət sektorundakı maliyyəçi və sığortaçıların orta əmək haqqı 1680 manat, özəl sektorda isə 1619 manat idi.

Amma ötən 4 ay ərzində özəl sektorda maliyyə və sığorta sahəsində maaşlar daha sürətlə artıb. Bu dövrdə özəl sektorda orta maaş 448 manat və ya 27,7% artaraq 2067 manata çatıb. Dövlət sektorunda çalışanların maaşları isə cəmi 53 manat və ya 32% artaraq 1733 manat olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər