Qonşu ölkədə COVİD 19-un yayılması dayandı – Vəziyyət nəzarətdədir

12:04 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Gürcüstanda son sutka ərzində qeydə alınan 3 koronavirusa yeni yoluxma halı, xaricdən daxil olub.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, bu, Gürcüstan daxilində infeksiyanın yayılmasının dayanması deməkdir:

“Bu gün istifadə etdiyimiz tədbirlər epidemioloji vəziyyətə effektiv nəzarətə imkan verir, - deyə nazir müavini deyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər