“ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri bir gün işləməyəcək

15:34 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Silahlı Qüvvələri günü ilə əlaqədar iyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə ABC.AZ-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 27 iyun tarixindən etibarən isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

 

Bütün xəbərlər