Qonşu ölkədə toylara icazə veriləcək – Qadağalar götürülür

16:23 - 24.06.2020


24 iyun, Fineko/abc.az. İyulun 1-dən Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi qərar qəbul edib.

Qərarda mərasimlərin müddətinin azaldılması və açıq havada keçirilməsi şərti qoyulub. 

Mərasim zamanı masalar bir-birindən 1.5 metr məsafədə düzüləcək, stolların üstündə dezinfeksiyaedici məhlullar qoyulacaq və maska taxılacaq, toplu şəkillər çəkilməyəcək və Türkiyə toylarındakı ənənəvi zinət əşyalarının bəylə-gəlinə şəxsən hədiyyə edilməsi mərasimi icra edilməyəcək, hədiyyələr xüsusi qutulara toplanacaq. Rəqs zamanı da sosial məsafə qorunacaq. 

Qaydalara görə, toya gələn qonaqların hərarəti də ölçüləcək, temperaturu 38 dərəcədən yüksək olanlar mərasimə buraxılmayacaq və ən yaxın  tibb müəssisəsinə müayinəyə göndəriləcək.

 

Bütün xəbərlər