Prezident Ziyad Səmədzadəni təltif etdi – Sərəncam

17:27 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev iyunun 24-də bununla bağlı sərəncam imzalayıb.

Z.Səmədzadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

 

Bütün xəbərlər