ABŞ-da ehtiyatların artması fonunda neft ucuzlaşır, Brent bir barelə $39,98-a düşüb

09:43 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Bir sıra ölkələrdə koronavirus infeksiyasına yoluxmanın yeni hallarının artması, eləcə də ardıcıl olaraq üçüncü həftənin yekunlarına görə ABŞ-da neft ehtiyatlarının artması fonunda cümə axşamı günü neftin qiyməti aşağı düşür.

ABŞ-ın Energetika Nazirliyinin məlumatları ardıcıl olaraq üçüncü həftənin yekunlarına görə, ölkədə neft ehtiyatlarının 1,4 mln. barrel artdığını göstərib.

Saat 9:10-da London ICE Futures birjasında Brent-in  avqust ayına olan fyuçersi $0,33 (0,82%) – barrel başına $39,98-ə qədər düşüb. İyunun 24-də keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $2,32 (5,44%) - barrel başına $40,31-ə düşüb.

Saat 9:10-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,25 (0,66%) – bir barelə $37,76-a qədər aşağı düşdü. İyunun 24-də hərracların nəticələrinə görə, bu müqavilələrin qiyməti $2,36 (5,85%) - barrel başına $38,01-a düşüb.

 

Bütün xəbərlər