Azərbaycan elektrobus istehsalına başlayıb – Artıq 4-ü hazıdı

10:38 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Gəncə şəhərində bir sıra sosial obyektlərin açılışında iştirak edib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyevə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri təqdim olunub.

Dövlət başçısına məlumat verilib ki, 2019-cu ildə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli müqavilələr çərçivəsində müəssisədə “E-321” markalı elektrobusun istehsalına başlanılıb və bu günədək 4 elektrobus yığılıb. Bu ictimai nəqliyyat vasitəsi həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. Avtobuslar kondisionerlə, həmçinin məlumat monitoru və videonəzarət sistemi ilə təmin olunub.

Diqqətə çatdırılıb ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yeni müasir kombaynların yığılmasına da başlanılıb. Bu layihənin icrası Finlandiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.

 

Bütün xəbərlər