330x110
 

Yeni Aqropark Prezidentə təqdim olunub – Samuxda

25.06.2020,10:48


25 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev iyunun 24-də Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub.

Sahəsi 5 min hektardan və ümumi dəyəri 65 milyon manatdan çox olan layihə çərçivəsində Qarasaqqal su kanalında nasos quraşdırılıb, 5,4 min kubmetrlik iki su anbarı, su hovuzları və saxlama anbarları tikilib.

Aqroparkda istifadə olunması üçün 20 adda 91 ədəd texnika və aqreqat alınıb. 2019-cu ilin payızında 2 423 hektar sahədə buğda və 222 hektar sahədə arpa əkilib.

Bu ilin yazında 74 hektar sahədə şəkər çuğunduru əkilib və taxıl biçini aparılan ərazilərdə qarğıdalı əkini nəzərdə tutulub.