Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Krakovda görüşü başladı

15:39 - 18.01.2018


18 yanvar, Fineko/abc.az. Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başladı.

XİN-dən verilən məlumata əsasən, görüş, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya Federasiyası) ilə keçirilir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə atılacaq addımlar müzakirə olunacaq.

 

Bütün xəbərlər