Bağlanmış banklardakı əmanətlər nə vaxt qaytarılacaq? – Açıqlama

14:22 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Bildiyiniz kimi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev bağlanmış banklardakı əmanətlərin qaytarılması məsələsinə aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, icraçı direktor qeyd edib ki, sözügedən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib: "Məsələ vətəndaşın xeyrinə həll edilsin deyə müraciət olub. Banklara yatırılan əmanətlərin bir filialdan başqasına kçürəlməsi nəticəsində yaranan problem vətəndaşların xeyrinə həll ediləcək. Bəzi hallarda banklar tərəfindən yol verilən səhvlər əmanətlərlə bağlı problemə səbəb olur. Amma vətəndaşların bu məsələdə günahsız olduğu məlumdur. Ona görə də bu məsələdə problem olmayacaq. Bütün mübahisəli məsələlərin yayın sonunadək həll edilməsi gözlənilir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər