330x100
 

Neftçalaya yeni prokuror təyin olundu – Kamran Əliyev əmr imzalayıb

25.06.2020,15:46


25 iyun, Fineko/abc.az. Prokurorluq orqanlarında yeni təyinat olub.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Baş prokurorun əmri ilə Gəncə şəhər prokurorunun müavini Nəsif Nəcəfova Neftçala rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.