330x110
 

Bank sektorunda böyük ixtisar – 771 nəfər işini itirib

25.06.2020,16:02


25 iyun, Fineko/abc.az. Azərbaycan banklarında çalışan işçilərin ümumi sayı açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın 2020-ci ilin may ayına olan göstəricilərinə istinadən xəbər verir ki, hazırda banklarda 18 391 nəfər çalışır. Müqayisə üçün qeyd edək ki, bu ilin aprel ayında bank işçilərin sayı 19 162 nəfər olub.

Bu isə onu göstərir ki, mayda bank sektorundakı işçilərin sayı 771 nəfər azalıb.

Müəllif: Elmir Murad