Azərbaycan-Pakistan işçi qrupunun görüşü nəticəsində protokol imzalanıb

16:56 - 18.01.2018


18 yanvar, Fineko/abc.az. Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu gün Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 8-ci görüşü başa çatıb.

«Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub”, - məlumatda belə deyilir.

Görüşün nəticələrinə əsasən protokol imzalanıb.

 

Bütün xəbərlər