Koronavirusa görə təcrid prosesi insanları yorub – BMT rəsmisi

17:28 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Həm Azərbaycanda, həm də bütün dünyada koronavirusa görə təcrid prosesi insanları yorub.

ABC.AZ-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, pandemiyaya görə kifayət qədər iqtisadi problemlər də olub.

"Amma bunu bilməliyik ki, əgər virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat da bərpa olunmayacaq”, - deyə o bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər