Bir peyvənd artıq sınağın son mərhələsindədir - Hande Harmancı

17:35 - 25.06.2020


25 iyun, Fineko/abc.az. İlk birinci ayda virus 100 min insana yayılmışdısa, bu gün son sutkada yoluxma 180 min nəfər olub.

ABC.AZ-ın məlumatına görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirilən brifinqdə deyib.

O həmçinin dünyada hazırlanan peyvəndlə bağlı məsələyə də toxunub: “Koronavirusa qarşı bir çox peyvəndlər hazırlanır.

Bir peyvənd artıq sınağın son mərhələsindədir. Ümid edirəm ki, 2020-ci ilin sonunda bu peyvənd tibb işçilərinin istifadəsinə veriləcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər