330x110
 

Bakı metrosunun xəttinə daha 2 yeni qatar buraxılır - Bu gündən

29.06.2020,10:20


29 iyun, Fineko/abc.az. Bu gündən "Bakı Metropoliteni" QSC-nin daha iki yeni qatarı istismara veriləcək.

Bunu ABC.AZ-a qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

"Qatarlar vaqolararası birbaşa keçid konstruksiyalıdır. Vaqonun tutumunu 15% artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib" deyə B. Məmmədov bildirib.

O həmçinin əlavə edib ki, Bakı metropoliteninin perspektiv inkişaf planında vaqon parkının müasir və sərnişinlər üçün daha rahat vaqonlar hesabına yenilənməsi də nəzərdə tutulub: "QSC-nin təsis edildiyi altı il ərzində bu istiqamətdə atılan addımların nəticəsi kimi, artıq bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir".

Müəllif: Elmir Murad