11:04 - 29.06.2020
29 iyun, Fineko/abc.az. 2020-ci ilin may ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı məlum olub.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, sözügedən dövrdə ölkədə 8 milyon 466 min ədəd ödəniş kartları mövcud olub.
Bu ilin ilk 5 ayında (yanvar-may) isə ötən ilin analoji dövrünə nisbətdə cəmi ödəniş kartlarının sayı 1 milyon 200 min ədəd artıb. Kartların sayında artımın böyük hissəsi fermer kartlarının və 190 manat birdəfəlik yardımın alınması üçün kartların verilməsi ilə əlaqədardır. Belə ki, ilk 5 ayda sosial kartların sayı 915 min ədəd artaraq 3 milyon 198 min ədədə yüksəlib.
O cümlədən, aprel - may aylarında isə sosial kartların sayında artım 544 min ədəd təşkil edib.
Müəllif: Elmir Murad
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024