Bir ayda əmək haqqı kartları 7 min ədəd azalıb – Hesabat

11:17 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, 2020-ci ilin yanvar ayının sonunda əmək haqqı kartları 2 milyon 355 min ədəd təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu rəqəm sonrakı aylarda cüzi azalaraq mayın sonunda geriləyərək 2 milyon 326 min ədədə düşüb.

Belə ki, yanvardan may ayına kimi əmək haqqı kartları 29 min ədəd azalıb. Aprel və may aylarına nəzər salsaq görərik ki, əməkhaqqı kartları birinci ayda min ədəd, mayda isə 7 min ədəd azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər