330x110
 

Rayondan gələn taksilər Bakıda işləyə bilməz – Açıqlama

29.06.2020,11:53


29 iyun, Fineko/abc.az. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən postlarda əlavə arayışın tələb edilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

ABC.AZ xəbər verir ki, BDYPİ-nin şöbə rəisi Kamran Əliyev mətbuata açıqlamasında bildirib ki, taksidə olan sərnişinlərin icazə sənədi olmayanlar postlardan geri qaytarılır: “Postlarda problemlər sərnişinlərlə bağlıdır. Rayondan gələn taksi fəaliyyəti ilə məşğul olan şəxslərin paytaxtda fəaliyyət göstərməsinə ixtiyarı yoxdur. Bakı üçün ayrıca fərqlənmə nişanı olan nəqliyyat vasitələrinə Bakı Nəqliyyat Agentliyi tərəfindən icazə verilir. Onlar da şəhər daxilində hərəkət edə bilirlər. Amma digər taksilər, yəni rayonlarda fəaliyyətinə icazə verilən taksilər yalnız xəstə olan adamları, dəfn mərasiminə gələn adamları bura gətirirlər. Digər hallarda taksi sürücüləri çalşırlar ki, müxtəlif yollarla icazəsi olmayan adamları daşısınlar”.

Müəllif: Elmir Murad