“BTB Kapital İnvestisiya Şirkəti” 6 min manat zərər edib – Bir ildə

12:24 - 29.06.2020


29 iyun, Fineko/abc.az. “BTB Kapital İnvestisiya Şirkəti” ASC 2019-cu ili 6 min manat zərərlə başa vurub.

ABC.AZ report-a istinadən xəbər verir ki, qurumun maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə təxminən 88% azdır.

Ötən il “BTB Kapital”ın vergiyə qədərki zərəri 9 min manat (86% az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 3 min manat (80% az) təşkil edib.

Bu il yanvarın 1-nə “BTB Kapital”ın aktivləri 1,8 milyon manat olub ki, bu da illik müqayisədə 6 dəfə çoxdur.

Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri təxminən 170 dəfə artaraq 869 min manata, balans kapitalı isə 3,15 dəfə artaraq 943 min manata, o cümlədən nizamnamə kapitalı 2,9 dəfə artaraq 1 milyon manata çatıb.

 

Bütün xəbərlər