Prezident onları təltif edib – Sərəncam

12:37 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Azərbaycanın dəniz nəqliyyatı işçiləri təltif edilib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə iki nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.

Ölkə başçısı, həmçinin “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə beş nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi”, 7 nəfər isə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə medalı ilə təltif olunub.

 

Bütün xəbərlər