Nazirlik avtomobil alır – Tender

14:26 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası  2 ədəd xüsusi təyinatlı avtomobilin satınalınması  üçün tender elan edir.

Tenderdə iştirak haqqı 800 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 20.07.2020 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.07.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 29.07.2020 11:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: İbrahimova Nübar

Telefon: (994 12) 5148842

 

Bütün xəbərlər