Bank sədri koronavirusdan öldü – Azərbaycanda

14:43 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Azərbaycanda koronavirusdan daha bir ölüm halı qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, vəfat edən şəxa "Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğandır.

Bank sədri 47 yaşında koronavirusdan dünyasını dəyişib.

O Türkiyə vətəndaşıdır və ASB-yə 19 dekabr 2016-cı ildən rəhbərlik edirdi.

Müəlliflik: Elmir Murad

 

Bütün xəbərlər