Ən bahalı ölkələrin reytinqi açıqlanıb – Azərbaycanın da adı var

15:21 - 29.06.2020


29 iyun, Fineko/abc.az. ABŞ-ın məşhur "Ceoworld" nəşri 132 dövləti əhatə edən “2020-ci il dünyanın ən bahalı ölkələri” araşdırmasının nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən siyahıda Azərbaycan (29,92 bal) 120-ci yerdə qərarlaşıb.

Araşdırmaya görə, Gürcüstan 28,48 balla yaşam indeksi ilə siyahıda 123-cü sırada qərarlaşıb.

Qonşu ölkələrdən Ermənistan (32,84 bal) 109-cu, Türkiyə (34,69 bal) isə 102-ci sırada qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk 3 sırasında İsveçrə (122,4 bal), Norveç (101,43 bal), İslandiya (100,48 bal), son 3 sırada isə Pakistan (21,98 bal), Əfqanıstan (24,24 bal), Hindistan (24,58 bal) qərarlaşıb. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər