Beş ayda bu qədər plastmas idxal edilib

16:34 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Bu ilin 5 ayında (yanvar-may) Azərbaycana idxal olunan plastmas və onlardan hazırlanan məmulatların həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 81,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.  İdxal edilən məhsulun dəyəri 139,5 milyon ABŞ dolları olub.

Qeyd edək ki, keçən ilin eyni dövründə dəyəri 149 milyon dollar olmaqla 82,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

 

Bütün xəbərlər