Ən çox və ən az idxal əməliyyatlarının keçirildiyi aylar – Siyahı

16:45 - 29.06.2020


29 iyun, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda ən az idxal əməliyyatları yanvarda aparılıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda qeydə alınıb.

Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 1 milyard 66,4 milyon ABŞ dolları təşkil edib. Ən aşağı idxal əməliyyatları göstəricisi isə yanvarda qeydə alınıb.

Bəhs olunan ayda idxal əməliyyatlarının həcmi 720,9 milyon dollar müşahidə edilib.

Qeyd edək ki, bu ilin 5 ayında ölkədə idxalın dəyəri 4 milyard 165 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər