Beş ayda ən çox məhsul bu ölkələrə ixrac edilib – Siyahı

17:07 - 29.06.2020


29 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, Tunis və Malayziya qərarlaşıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, sözügedən dövrdə 1 milyard 249,6 milyon dollarlıq ixracla Türkiyəyə birincidir.

Hesabat dövründə Tunisə 142,6 milyon dollar, Malayziyaya isə ixrac 38,9 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkəyə ixracda artım müşahidə edilib.

 

Bütün xəbərlər