Bakıda bu küçələrdə nişanlanma işləri aparılacaq – Siyahı

17:13 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Bakının Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələri, həmçinin Neftçilər prospektinin Cavanşir körpüsündən “Azneft dairəsi”nədək olan istiqamətində iyunun 29-u axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Bu barədə ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən qeyd edilən saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

 

 

Bütün xəbərlər