Sərhədləri açmaq üçün əlimizdən gələni edəcəyik – Gürcüstanın baş naziri

17:32 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Gürcüstan sərhədlərini ən qısa müddətdə açmaq üçün mümkün olan hər addımı atacaq.

ABC.AZ xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, əsas vəzifə Gürcüstan hökumətinin və vətəndaşların pandemiyanın idarə olunması baxımından əldə etdiyi nailiyyətlərin qorunmasıdır: "Bu, bizim üçün ən vacib şeydir. Bir şey əminik ki, bu gün Gürcüstandan Avropa Birliyinə və ya Avropa Birliyindən Gürcüstana uçuşlar qadağan edilməyib. Bu gün Berlin, Vyana və Amsterdam uçuşları mövcuddur. Ən qısa müddətdə sərhədləri açmaq üçün əlimizdən gələni edəcəyik. Bir şeyi unutmamalıyıq ki, uçuşların təxirə salınması yalnız bir səbəbdən qaynaqlanır və səbəb vətəndaşlarımızın sağlamlığıdır".

 

Bütün xəbərlər