Ötən günkü artımdan sonra neft ucuzlaşır, Brent bir barelə $41,50 səviyyədədir

09:59 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən günki artımdan sonra çərşənbə axşamı ticarəti zamanı azalır.

Saat 9:20-də London ICE Futures birjasında Brent-in avqust ayı fyuçersi $0,19 (0,46%) – bir barelə $41,52-ə düşüb. İyunun 29-da keçirilən hərracların nəticələrinə görə, Brentin avqust ayına olan fyuçersi $0,69 (1,68%) - bir barelə $41,71-ə yüksəldi.

Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,19 (0,48%) – bir barelə $39,51-ə qədər aşağı düşüb. İyunun 29-da hərracların nəticələrinə görə, avqust ayı üçün WTI müqavilələrinin dəyəri 1,21 (3,14%) artaraq bir barelə $39,70 təşkil edib.

 

Bütün xəbərlər