330x110
 

SOCAR 1 ildə 85 milyard manata yaxın gəlir əldə edib – Hesabat

30.06.2020,11:08


30 iyun, Fineko/abc.az. SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

ABC.AZ qurumun maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat ilində şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib.

Bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb. Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınmış, bunun da 63,7 milyard manatı İsveçrədəki SOCAR Trading və SOCAR Energy Holding şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.

Müəllif: Elmir Murad