Turizm şirkətləri böhran yaşayır – Sədrdən bədbin açıqlama

11:37 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını, koronavirus pandemiyası ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini bildirib.

ABC.AZ xəbər verir ki, o bunu  Assosiasiyanın təşəbbüsü ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə keçirilən onlayn görüşdə qeyd edib.

O, iyunun 18-dən AZAL-ın bilet satışını yalnız onlayn qaydada həyata keçirməsini əksər turizm şirkətlərinin müəyyən narazılıqla qarşıladığını da əlavə edib.

Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər