330x110
 

Əmək müqavilələrinin sayı artır – 210 mini ötüb

30.06.2020,11:48


30 iyun, Fineko/abc.az. Azərbaycanda son 18 ayda əmək müqavilələrinin sayı 210 min artıb.

AbC.AZ-ın məlumatlarına görə, bunu jurnalistlər üçün keçirilmiş brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, əgər 2019-cu ilin yanvar ayında bu rəqəm 539 922-yə bərabər idisə, bu ilin 26 iyun tarixinə bu göstərici 751 705-ə çatdırılıb.

M. Cabbarovun sözlərinə görə, bu gün ödənilən verginin hər 4 manatından 3 manatı özəl sektor tərəfindən ödənilir,  bu da sözügedən sektorun potensialını göstərir.

Müəllif: Elmir Murad