Azərbaycanın tranzit potensialı daha da artacaq – Nazirdən açıqlama

12:20 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Azərbaycanda yeni fond yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır. M.Cabbarov bununla yanaşı Azərbaycanın tranzit potensialının daha da artacağının gözlənildiyini vurğulayıb: “Ələtdəki Yeni Bakı limanında Orta Asiyadan yeni növ yüklərin daşınmasına şərait yaradılır. İnanırıq ki, limanın tranzit potensialı daha da artacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər