Beş ayda sahələr üzrə ixracın məbləğləri – Siyahı

14:16 - 30.06.2020


30 iyun, Fineko/abc.az. 2020-ci ilin ilk 5 ayı (yanvar-may) ərzində meyvə-tərəvəz ixracı 236,5 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında qeyd edilib.

Sözügedən dövrdə pambıq lifi ixracı 49,5 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 31,5 milyon, kimya sənayesi məhsullarının ixracı 34,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 19,5 milyon təşkil edib.

Həmçinin pambıq ipliyi ixracı 9,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 5,7 milyon, şəkər ixracı 5,9 milyon ABŞ dollar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər