ARDNF gəlirləri barədə qərar qəbul edib

14:36 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası Fondun 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyini nəzərə almaqla, ARDNF-nin 2019-cu ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.

Bu barədə ABC.AZ-a Fonddan məlumat verilib. Məlumata görə, Müşahidə Şurası müstəqil auditorun və ARDNF-nin 2019-cu il büdcəsinin icrası barədə Hesablama Palatasının rəylərinə əsasən, habelə ARDNF-nin 2019-cu il büdcə gəlirlərinin 19 030,6 milyon manat və yaxud 123,2% səviyyəsində olması barədə qərar qəbul edib.

O cümlədən büdcə xərclərinin 11 588,6 milyon manat və ya 99,9% səviyyəsində icra edildiyini nəzərə alaraq, Fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.

 

 

Bütün xəbərlər