330x100
 

Dörd yeni prokuror təyin olunub – Kamran Əliyev əmr imzalayıb

30.06.2020,14:47


30 iyun, Fineko/abc.az. Prokurorluq orqanlarında yeni təyinatlar olub.

ABC.AZ-ın apa-ya istinadən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub. 

Bundan başqa Fuad Məmmədova Şirvan şəhərinin prokuroru vəzifəsinin icrası, Müqəddəs Sultanova isə Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası həvalə edilib.