Beş ayda 19 milyon dollardan çox peyk xidməti ixrac olunub – Hesabat

15:10 - 30.06.2020


30 iyun, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayı təqdim edilib.

ABC.AZ xəbər verir ki, “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.

Məlumat verilib ki, 2020-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 19,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artım deməkdir.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, ABŞ, Fransa, Malayziya və BƏƏ-dir.

 

Bütün xəbərlər