330x110
 

Yaşayış binalarının fasad və dam örtüklərinin təmiri üçün tender keçirilir

30.06.2020,15:58


30 iyun, Fineko/abc.az. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamenti Bərdə  və Mingəçevirdə salınmış məcburi köçkün qəsəbələrində binaların fasad üzlük daşları və dam örtüklərinin əsaslı təmiri üçün tender elan edir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 20.07.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.07.2020 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 29.07.2020 15:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Fariz Abbasov

Telefon: (994 12) 4301530