Sənaye zonalarında 150-200 milyon dollarlıq layihələr başlayacaq - Danışıqlar aparılır

16:34 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında yeni müəssisələr açılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün jurnalistlər üçün keçirilmiş mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında 150-200 milyon dollarlıq layihələrin başlanması üçün danışıqlar aparılır. "Sentyabrda Sumqayıt Kimya Sənaye Parkında yeni nəsil layihələrə başlanıla bilər” - deyə nazir qeyd edib.

 

Bütün xəbərlər