Sahibkarlar yeni şərtlər əsasında işləməyə öyrənməlidir – Nazir

17:12 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Yeni şərtlərlə yaşamağa və işləməyə vərdiş etməliyik.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkə biləcəyi istisna deyil.

M.Cabbarovun sözlərinə görə, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır: "Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir”.

 

Bütün xəbərlər