Bu aylarda ölkələr daha çox açılacaq – Nikbin proqnoz

17:43 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq.

ABC.AZ xəbər verir ki, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfransda Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, turizm istiqamətləri arasında aviasiya əlaqələri artıq bərpa olunur, buna görə biz bu prosesi çox diqqətlə izləyəcəyik: "Xüsusən pandemiya dövründə Azərbaycan daxili turizmə böyük diqqət yetirir. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik”.

 

Bütün xəbərlər