Koronavirus xəstələri bu halda evdə müalicə oluna bilər - Detallar

18:25 - 30.06.2020


30  iyun, Fineko/abc.az.  Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov ev şəraitində müalicə olunan koronavirus xəstələrindən danışıb. 

ABC.AZ-ın məlumatına görə, Nazirlik rəsmisi bu barədə Operativ Qərərgahın brifinqində söz açıb. 

N. Zeynalov qeyd edib ki, ancaq evdə müalicə yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur. “Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar” deyə N. Zeynalov bildirib. 

Müəllif: Elmir Murad

Bütün xəbərlər