Karantin rejimi öz nəticəsini verəcək - Prezidentin köməkçisi

18:57 - 30.06.2020


 30  iyun, Fineko/abc.az.  Prezidentinin köməkçisi  Hikmət Hacıyev karantin rejiminin əsas mahiyyətini açıqlayıb. 

ABC.AZ-ın məlumatına görə, H. Hacıyev bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində danışıb.
 

O qeyd edib ki, karantin rejiminin əsas məqsədi insanlar arasında təmasların minimuma endirilməsidir. Onun sözlərinə görə, bu da öz nəticəsini verəcək: "Azərbaycan beynəlxalq təcrübədən yararlanır və öz qərarlarını qəbul edir. Bu məsələdə vətəndaşlar və dövlətimiz arasında həmrəyliyin olması da çox vacibdir”. 

Müəllif: Elmir Murad

Bütün xəbərlər