"Aİ-95" premium markalı benzin bahalaşdı – Azərbaycanda

10:15 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Bu gündən etibarən Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti 10 qəpik artıb.

ABC.AZ-ın məlumatına görə, bundan əvvəl 1 manat 10 qəpik olan sözügedən markalı benzin indi 10 qəpik bahasıba satılacaq.

Beləliklə bu marka benzin artıq yanacaqdoldurma məntəqələrində 1 manat 20 qəpikdən təklif olunacaq.

Qeyd edək ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər