SOCAR menecerlərinə böyük məbləğdə mükafatlar verib – Hesabat

10:27 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Ötən il ərzində SOCAR əsas menecerlərə 1 milyon 404 min manat ümumi məbləğdə mükafatlar ödəyib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında öz əksini tapıb.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə SOCAR-ın TOP-menecerlərinə 1 milyon 282 min manat məbləğində mükafatlar ödənilmişdi. Beləliklə, 2019-cu ildə bonuslar 9,5% artıb.

Qeyd edək ki, hesabatda SOCAR-ın əsas menecerləri şikətin prezidenti və 12 vitse-prezidentinin olduğu bildirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər